"Neftçi" məşqləri bərpa edib. Matç.az saytının məlumatına görə, komanda dörd günlük fasilədən sonra bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə hazırlıq keçib.

Məşqdə zədəli Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, "Neftçi" növbəti oyununu noyabrın 25-də keçirəcək. "Ağ-qaralar" həmin gün Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Səbail"in qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest