Dünyanın ən tanınmış hakimlərindən olan Viktor Kaşşai karyerasını bitirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu 44 yaşlı referi özü açıqlayıb.

30 ildi bu sahədə fəaliyyət göstərdiyini deyən macarıstanlı hakim artıq yeni çağırış üçün belə bir qərar qəbul etdiyini söyləyib. 2011-ci ildə çempionlar Liqasının final oyununu idarə edən Kaşşai həmin il dünyanın ən yaxşı hakimi açıqlanıb.

Viktor Kaşşai 2003-cü ildən bəri FIFA referisi statusunu daşıyıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest