"Barselona" qış fasiləsində ilk transferini reallaşdırıb. Matc.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu "Albasete"nin hücumçusu Rey Manajı heyətinə cəlb edib. Albaniya millisinin üzvünün transfer detalları və müqavilə müddəti barədə hələlik məlumat verilməyib. Ancaq onun yeni ildən əvvəlcə "Barselona"nın B komandasında çıxış edəcəyi bildirilir.

Qeyd edək ki, Rey Manaj "Albasete"yə bu ilin yayında "İnter"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest