Anlaşmaya uyğun olaraq, klubların hər biri və PFL üçün nəzərdə tutulmuş daha 50 ədəd (cəmi 450 ədəd) "Nike" şirkətinin istehsalı olan top dövrələrarası fasiləsi zamanı onlara təqdim olunub.

AFFA ilə "Nike" şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba və çempionatın təşkilati işləri ilə əlaqədar Peşəkar Futbol Liqasına 2019/2020-ci il mövsümünün startı ərəfəsində 50 ədəd top (cəmi 450 ədəd) verilib.

Matc.az xəbər verir ki, anlaşmaya uyğun olaraq, klubların hər biri və PFL üçün nəzərdə tutulmuş daha 50 ədəd (cəmi 450 ədəd) "Nike" şirkətinin istehsalı olan top dövrələrarası fasiləsi zamanı onlara təqdim olunub.

Mənbə: affa.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest