Buxarest "Dinamo"sunun yarımmüdafiəçisi Dieqo Fabbrini karyerasını Azərbaycanda davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə məlumatı "Telekom Sport" nəşri yayıb.

Bildirilir ki, 29 yaşlı futbolçu Azərbaycandan aldığı cəlbedici təklifi müsbət cavablandırıb. İtaliya millisinin sabiq üzvü özü Buxarest klubunun rəhbərliyi ilə görüşündə ayrılacağını söyləyib. Həmkarlarımız onun "Neftçi" və ya "Qarabağ"la müqavilə imzalayacağını iddia edib. Fabbrininin "Dinamo"da aylıq məvacibi 16 min avrodu.

Qeyd edək ki, Dieqo Fabbrini karyerası ərzində vətənində "Empoli", "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərədə "Uotford", "Milluoll", "Birmingem", "Midlsbro", İspaniyada "Oviedo", Rumıniyada "Botoşani", Bolqarıstanda isə MOİK-in formasını geyinib. O, 2012-ci ildə İtaliya millisinin heyətində 1 matçda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest