Türkiyənin "Antalyaspor" klubu baş məşqçisi Stephan Tomasla yollarını ayırıb. Matc.az xəbər verir ki, 43 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
"Antalyaspor" Tomasın rəhbərliyi altında çıxdığı 6 oyunda 3 dəfə heç-heçə edib, 3 dəfə də məğlub olub. Xorvat mütəxəssis noyabrda Super Liqa təmsilçisində baş məşqçi postuna gətirilmişdi.
 
"Antalyaspor" Super Liqada 14 xalla 16-cı sırada yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest