Qazaxıstanın "Tobol" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi Kostanay təmsilçisi qapıçı İqor Şatskini transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 1+1 şərti ilə müqavilə imzalanıb. İqorun son iş yeri Qazaxıstanın "Şaxtyor" klubu olub.
 
Qeyd edək ki, "Tobol" erməni baş məşqçiyə tapşırılandan bəri, azərbaycanlı futbolçunun klubdan gedəcəyinə dair xəbərlər yayılmaqdadı. Yeni qapıçı transferindən sonra isə Emilin Kostanay təmsilçisini tərk edəcəyinə dair ehtimallar daha da artmış oldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest