"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 21-ci turunda "Sauthempton"la səfər oyununda sarı vərəqə ilə cəzalandırılıb. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçın sonuna yaxın rəqib komandanın texniki zonasına gedərək "Sauthempton"un baş məşqçisi Ralf Hazenhüttlün taktiki qeydlərini etdiyi dəftərçəyə baxıb. 
 
Görüşün baş hakimi isə texniki zona qaydasını pozduğu üçün "Tottenhem"in çalışdırıcısını sarı vərəqə ilə cəzalandırıb. Mourinyo 0:1 hesabı ilə uduzduqları görüşdən sonra sözügedən epizodu şərh edib. O, hərəkətini axmaqlıq adlandırıb: 
 
"Kobudluq etdim, amma bu, axmaq kobudluq idi. Sarı vərəqəyə layiq idim".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest