"Avqustun 7-də Kiprə getdim, 8-də komandanı qəbul etdim, 4 gün sonra isə Azərbaycanda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldik. Hamı tərəfindən təbrik edildik. Futbol belədi. 2019-cu il mənə çox şey öyrətdi. Bir klub rəhbərliyi məşqçisini dəstəkləmirsə, orada qalmaq şansınız yoxdu. Ağlamaq istəmirəm, amma həqiqətən belədi".

APOEL-in sabiq baş məşqçisi Tomas Doll Kipr klubundan ayrılmasının səbəbləri haqda danışıb. Matc.az xəbər verir ki, o, çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdikləri oyunu da xatırladıb: 
 
"Avqustun 7-də Kiprə getdim, 8-də komandanı qəbul etdim, 4 gün sonra isə Azərbaycanda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldik. Hamı tərəfindən təbrik edildik. Futbol belədi. 2019-cu il mənə çox şey öyrətdi. Bir klub rəhbərliyi məşqçisini dəstəkləmirsə, orada qalmaq şansınız yoxdu. Ağlamaq istəmirəm, amma həqiqətən belədi".
 
Qeyd edək ki, APOEL çL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 2:0 hesabı ilə qalib gələrək pley-offa yüksəlmiş və pley-off-da "Ayaks"a uduzmuşdu. Əvəzində APOEL onun rəhbərliyi altında Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanıb. Komanda Avroliqada "Qarabağ"la Bakıdakı oyunda heç-heçə (2:2) edib, evdə qalib (2:1) gəlib. Buna baxmayaraq, Doll dekabrda istefaya göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest