"Bernli" evdə "Aston Villa"ya, "Nyukasl" "Lester"ə uduzub. Səfərdə "Sauthempton"la qarşılaşan "Tottenhem" minimal hesabla məğlub olub. "Uotford" "Vulverhempton"u, "Vest Hem" "Bornmut"u məğlub yola salıb. "Norviç" - "Kristal Pelas" matçında isə qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqasında 21-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında "çelsi" "Brayton"la üz-üzə gəlib. London təmsilçisi səfər matçında qələbəni əldn verib və 1 xalla kifayətlənib.
 
"Bernli" evdə "Aston Villa"ya, "Nyukasl" "Lester"ə uduzub. Səfərdə "Sauthempton"la qarşılaşan "Tottenhem" minimal hesabla məğlub olub. "Uotford" "Vulverhempton"u, "Vest Hem" "Bornmut"u məğlub yola salıb. "Norviç" – "Kristal Pelas" matçında isə qalib müəyyənləşməyib.
 
Son çempion "Mançester Siti" "Everton"u sınağa çəkib və çətin qələbəyə sevinib.
 
Turun mərkəzi görüşü isə Londonda keçirilib. "Arsenal" doğma azarkeşləri qarşısında "Mançester Yunayted"i qəbul edib. Paytaxt təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb.
 
İngiltərə Premyer Liqası
21-ci tur
1 yanvar
 
Brayton – çelsi 1:1
Qol: Cahanbaxş, 84 – Aspilikueta, 10.
 
Bernli – Aston Villa 1:2
Qol: Vud, 80 – Uesli, 27. Qriliş, 41.
 
Nyukasl – Lester 0:3
Qol: A.Peres, 36. Maddison, 39. Xuduri, 87.
 
Sauthempton – Tottenhem 1:0
Qol: İnqs, 17.
 
Uotford – Vulverhempton 2:1
Qol: Deulofeu, 30. Dukure, 49 – Neto, 60.
 
Mançester Siti – Everton 2:1
Qol: Q.Xesus, 51; 58 – Riçarlison, 71.
 
Norviç – Kristal Pelas 1:1
Qol: Kentuel, 4 – Uikhem, 85.
 
Vest Hem – Bornmut 4:0
Qol: Noble, 17; 35. Haller, 25. Anderson, 66.
 
Arsenal – Mançester Yunayted 2:0
Qol: Pepe, 8. Sokratis, 42.
 
2 yanvar
 
00:00 Liverpul – Şeffild Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest