Buxarest "Dinamo"sunun yarımmüdafiəçisi Dieqo Fabbrininin Azərbaycana köçəcəyi, demək olar ki, dəqiqləşib. Matc.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı futbolçu klubunu dəyişməkdə qərarlıdı və rəhbərliklə bu barədə söhbəti də olub. İtaliya millisinin sabiq üzvü Azərbaycana yollanmaq qərarına gəlsə də, hansı komandanın formasını geyinəcəyini hələlik qətiləşdirməyib. çünki "Qarabağ" və "Neftçi" onun keçidində maraqlıdı.

Futbolçu Premyer Liqa təmsilçiləri ilə danışıqları davam etdirir və seçim etməkdə tələsmir. Xəbərdə o da bildirilir ki, Fabbrini ötən ilin yayında Azərbaycandan təklif alsa da, Sofiya MOİK-ini "Dinamo"ya dəyişmişdi.

Qeyd edək ki, Dieqo Fabbrini karyerası ərzində 14 klubda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest