Türkiyənin "Kayserispor" klubu daha bir futbolçusu ilə vidalaşıb. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi fransalı Benua Pulenlə yolları ayırıb.
 
Bu barədə Kayseri təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Mövsümün əvvəlində Belçikanın "Brügge" klubundan transfer olunan 32 yaşlı mərkəz müdafiəçisi bu komandada cəmi 14 oyuna çıxıb, 1 qola imza atıb.
 
Xatırladaq ki, cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən "Kayserispor" qış fasiləsi ərəfəsində Pulendən öncə də bir neçə futbolçusu ilə vidalaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest