İtaliyanın son 8 mövsümdəki dəyişməz çempionu "Yuventus" heyətinə daha bir futbolçu cəlb edib. Matc.az xəbər verir ki, Turin təmsilçisi "Parma"da oynadığı futbolla diqqət mərkəzinə düşən yarımmüdafiəçi Deyan Kuluşevskini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsveçli futbolçu Turin təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb. 
 
"Yuventus" bu transferə görə 35 milyon avrosundan keçib. Amma yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu "Atalanta" əlavə bonuslar da qazanmaq şansına malikdi.
 
Qeyd edək ki, "Atalanta"nın futbolçusu olan Kuluşevski "Parma"ya bu mövsümün əvvəlində icarəyə verilmişdi. "Yuventus" 19 yaşlı futbolçunun mövsümün sonunadək elə "Parma"da qalmasına qərar verib. O, Turin təmsilçisinə mövsümün sonunda qoşulacaq.
 
Bu mövsüm "Parma"nın heyətində 17 oyuna çıxan gənc futbolçu 4 qol və 7 məhsuldar ötürməyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest