"Uembli"dəki oyun onun üçün yığmada 120-ci, yəni sonuncu olub.

İngiltərə millisinin hücumçusu Ueyn Runinin yığma karyerası başa çatıb. Matç.az saytının məlumatına görə, ABŞ-la yoxlama görüşü ulduz futbolçu üçün vida görüşü olub.

"Di Si Yunayted"in oyunçusu 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanın 58-ci dəqiqəsində Cessi Linqardı əvəzləyib. "Uembli"dəki oyun onun üçün yığmada 120-ci, yəni sonuncu olub.

Qeyd edək ki, Ueyn Runi 53 qolla İngiltərə yığmasının bombardiridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest