Millətlər Liqasının qrup mərhələsində Xorvatiyanın qonağı olan İspaniya yığması 2:3 hesabı ilə məğlub olub. Matç.az saytı xəbər verir ki, bununla ispanlar qrupda ardıcıl ikinci dəfə uduzublar.

Belə ki, komanda ötən ay öz meydanında İngiltərəyə eyni hesabla yenilmişdi. Bununla "buğalar" 68 illik antirekordu təkrarlayıb. Belə ki, ispanlar sonuncu dəfə 1950-ci ildə ardıcıl iki oyunda 3 və daha çox qol buraxmışdılar.

Komanda həmin vaxt dünya çempionatında Braziliyaya 1:6, İsveçə isə 1:3 hesabı ilə yenilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest