Norveçdə 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu, İspaniyanın "Real Sosyedad" klubunda forma geyinən Martin Edeqordu.
 
O, ölkəsində keçirilən sorğuda bir neçə gün öncə Dortmund "Borussiya"sına transfer olunan Erlinq Holand, Belçikanın "Genk" klubunun yarımmüdafiəçisi Sander Bergen, eləcə də İngiltərə təmsilçisi "Bornmut"un hücumçusu Coşua Kinqi qabaqlayıb.
 
Edeqor müqavilə ilə Madrid "Real"ına məxsusdu. 21 yaşlı futbolçu "Real Sosyedad"a bu mövsümün əvvəlində icarə əsasında keçib. O, bu komandanın heyətində La Liqada keçirdiyi 16 oyunda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest