İtaliyanın "Cenoa" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Bolonya"dan Mattia Destronu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
 
28 yaşlı hücumçu mövsümün qalan hissəsində "Cenoa"nın şərəfini qoruyacaq. Destro 2010/11 mövsümündə də məhz bu komandada çıxış edib.
 
"İnter"in yetirməsi olan hücumçu, "Syena", "Roma", "Milan" kimi klublarda da oynayıb. Destro İtaliya millisində də 8 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest