Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" yoxlama görüşündə qüvvəsini sınayıb. Matç.az saytı xəbər verir ki, III liqa təmsilçisi Bundesliqa klubu Mönhenqladbax "Borussiya"sı ilə qarşılaşıb.

III Bundesliqada mübarizə aparan "Proyssen" oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Dadaşov isə millimizin düşərgəsində olduğundan, yoxlama görüşündə iştirak etməyib.

Qeyd edək ki, "Proyssen" III Bundesliqada 2-ci sırada qərarlaşıb, 7 qolun müəllifi olan Rüfət Dadaşov isə bombardirdən 2 top geridə qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest