Bu gün Millətlər Liqasında V tura yekun vurulacaq. Matç.az saytı xəbər verir ki, Avropanın ən zəif yığmalarının yer aldığı D Liqasında mübarizə aparan Azərbaycan millisi son ev oyununu keçirəcək.

III qrupda mübarizə aparan Qurban Qurbanovun yetirmələri Farer adalarını qəbul edəcək. Bu matç 1-ci yeri tutmaq iddiasında olan yığmamız üçün çox böyük əhəmiyyət kəsb edir.

İstənilən xal itkisi komandamızın şanslarının üstündən xətt çəkə bilər. çünki Maltanın qonağı olacaq Kosovonun qələbəsi qrup qalibinin adını rəsmiləşdirə bilər.

1-ci yerin sahibi kimi C Liqasına yüksəlmək, həm də AVRO-2020-nin ən azı pley-offuna vəsiqəni təmin etmək üçün Farer adaları ilə görüşdə qələbə zəruridi. Millətlər Liqasının ev oyunlarında qalib gələ bilməyən yığmamız tilsimi Bakı Olimpiya Stadionunda qırmalıdı. Komandamız qalib gəlməsə də şansını saxlaya bilər. Amma bunun üçün digər görüşün nəticəsindən asılı olacaq ki, Kosovo xal itkisi ilə üzləşsin.

Yeganə qələbəsini məhz Farer adaları üzərində qazanan millimiz səfərdə yendiyi rəqibini Bakıdan xalsız yola salmağa borcludu. Komandamız bunu bacarsa, liderliyə də yüksələ bilər. Təbii ki, bunun üçün Kosovonun Maltada uduzması lazımdı. Həmin görüşdəki heç-heçə yığmamızı liderə şərik edə bilər.

Son turun Kosovo ilə səfər oyununa lider kimi yollansaq, finişdə heç-heçə də sərfəli nəticə olacaq. Lakin maltalıların uğurunu gözləməklə yanaşı, komandamızın özü də doğma azarkeşlərə qələbə bəxş etməlidi.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyun saat 21:00-da başlayacaq. Malta və Kosovo yığmaları da eyni vaxtda münasibətlərini aydınlaşdıracaq.

Millətlər Liqası

V tur, 17 noyabr

D Liqası, III qrup

21:00. Azərbaycan – Farer adaları

Baş hakim: Dimitrios Masias

Baş hakimin köməkçiləri: Marios Kalogerou, Ioannis Lazarou

Dördüncü hakim: Omiros Tziortzis

Əlavə köməkçi hakimlər: Vasilis Dimitriou, Loukas Sotiriou (hamısı Kipr)

Hakim-inspektor: Volodimir Petrov (Ukrayna)

UEFA nümayəndəsi: Yaroslav Dudl (çexiya)

Bakı Olimpiya Stadionu

1.

Kosovo

4

2

2

0

6-2

8

2.

Azərbaycan

4

1

3

0

5-2

6

3.

Farer adaları

4

1

1

2

4-7

4

4.

Malta

4

0

2

2

4-8

2

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest