Avropanın "böyük beşlik" ölkələrinin 2019-20 mövsümündə ən çox assist edən futbolçularının adları müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA məhsuldar ötürmə baxımından hamını qabaqlayan oyunçuların siyahısını açıqlayıb.

Cədvəldə ən azı 7 qol ötürməsi verənlər yer alıb. Bunu isə 14 futbolçu bacarıb. İlk sırada "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne qərarlaşıb. Belçikalının aktivində 14 məhsuldar ötürmə var. O, 2017-18 mövsümündə 16 assistlə "böyük beşlik"də birinci yeri tutmuşdu.

"Latsio"lu Luis Alberto və "Bavariya"lı Tomas Müller hərəyə 11 assistlə ikinciliyi bölüşür. Növbəti sırada Dortmund "Borussiya"sının gənc oyunçusu Ceydon Sanço qərarlaşır.

 

2019-20 mövsümündə ən çox assist edən oyunçular:

1. Kevin de Bruyne ("Mançester Siti") – 12

2-3. Luis Alberto ("Latsio") – 11

Tomas Müller ("Bavariya") - 11

4. Ceydon Sanço ("Borussiya", Dortmund) – 9

5-7. Trent Aleksander-Arnold ("Liverpul") - 8

İslam Slimani ("Monako") – 8

Anxel di Mariya (PSJ) - 8

8-14. Kristofer Nkunku ("Leypsiq") - 7

Deyan Kuluşevski ("Parma") - 7

Emiliano Buendia ("Norviç") – 7

Luis Suares ("Barselona") – 7

Hun-Min Son ("Tottehhem") – 7

Torqan Azar ("Borussiya", Dortmund) – 7

Yoann Kurt ("Brest") - 7

 

Qeyd edək ki, ötən mövsüm digər belçikalı Eden Azar "çelsi"nin heyətində 15 qol pası ilə mövsümün assist "kral"ı olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest