Futbol üzrə İtaliya yığmasının və "Roma"nın sabiq futbolçusu Daniele De Rossi karyerasını başa vurub. Matc.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi bu qərarını xüsusi mətbuat konfransında açıqlayıb.
 
2019-cu ilin yayında "Roma"dan ayrıldıqdan sonra iyul ayında Argentina nəhəngi "Boka Xuniors"la müqavilə bağlayan 36 yaşlı futbolçu, bundan sonra ailəsinin yanında olmaq istədiyini bəyan edib. 
 
Qeyd edək ki, De Rossi Argentina klubunda cəmi 6 oyuna çıxıb və 1 qol vurub. O, yetirməsi olduğu "Roma"da isə 2001-ci ildən 2019-cu ilə qədər 616 oyun keçirib, 63 qol və 54 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi 2 dəfə İtaliya kubokunun, bir dəfə İtaliya superkubokunun qalibi olub. 2006-cı ildə isə o, İtaliya yığmasının heyətində dünya çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest