"Leypsiq"in müdafiəçisi Lukas Klostermann tezliklə komandasını dəyişəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 3 klub Almaniya millisinin üzvünün xidmətində maraqlıdı.

Bundesliqa təmsilçilərindən "Bavariya" və Dortmund "Borussiya"sı 23 yaşlı oyunçuya "elçi düşübsə", onlara İspaniyadan rəqib çıxıb. Belə ki, "Barselona" da Klostermannı mövsümün sonunda transfer etmək fikrindədi.

Onun hazırda transfer dəyəri 35 milyon avro olaraq göstərilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest