Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" yeni mövsümün təlim-məşq toplanışına start verir. Kostanay təmsilçisi bunun üçün bu gün Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.

Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" yeni mövsümün təlim-məşq toplanışına start verir. Matc.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, Kostanay təmsilçisi bunun üçün bu gün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Məşqçilər korpusu təlim-məşq toplanışının ilk mərhələsində iştirak edəcək futbolçuların adlarını açıqlayıb. 26 nəfərlik siyahıda Balayevin də adı var. O, toplanışa qatılacaq 4 qapıçıdan biri olacaq. BƏƏ toplanışı yanvarın 27-dək davam edəcək. Komandanın bu müddətdə bir neçə yoxlama görüşü keçirməsi planlaşdırılır.

Qeyd edək ki, Qazaxıstan mətbuatı Emil Balayevin "Tobol"dan ayrılacağını istisna etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest