İtaliyanın "İnter" klubunun futbolçusu Aleksis Sançesin çilidəki heykəli xuliqanlar tərəfindən zərər görüb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun doğma şəhəri – Tokopilyada olan heykəlin üzünə və sağ ayağına zərər vurulub.
 
Heykəlin sinəsində olan 7 nömrə isə silinib. Hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır.
 
Sançesin heykəli 2017-ci ildə ucaldılıb.
 
İcarə əsasında hazırda "İnter"də forma geyinən Sançes, bu mövsüm A Seriyasında 3 oyuna çıxıb. çilili hücumçu müqavilə ilə "Mançester Yunayted" klubuna məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest