İstirahəti başa vuran "Qarabağ" bu gündən etibarən qış təlim-məşq toplanışına start verib. Matc.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlığına başlayıb.
 
Həftənin sonuna kimi Bakıda hazırlaşacaq Ağdam klubunun futbolçuları yanvarın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. 
 
Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. "Qarabağ" yanvarın 18-də Rumıniyanın "Akademika" (Klinçeni), yanvarın 22-də Qazaxıstanın "Jetisu", yanvarın 25-də çexiyanın "Siqma" və Polşanın "Visla" (Plok) klublarıyla qarşılaşacaq.
 
Yanvarın 26-da Bakıya dönəcək komanda fevralın 2-də baş tutacaq "Səbail"lə matçın hazırlığını burada davam etdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest