İngiltərənin "Liverpul" klubu "Nike" şirkəti ilə əməkdaşlığa başlayıb. Matc.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Liverpul"un "Nike" ilə əməkdaşlığı 2020/21 mövsümündən etibarən qüvvəyə minəcək. Tərəflər arasında imzalanan müqavilənin detalları isə açıqlanmayıb.
 
Mersisayd təmsilçisinin hazırkı sponsoru "Nyu Balans"la müqaviləsi mövsümün sonunda bitir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest