"Bavariya"nın yarımmüdafiəçisi Hames Rodriges mövsümün sonunda klubu tərk edəcək. Matç.az saytının "Marca"ya istinadən məlumatına görə, Münhen klubu icarə əsasında heyətində yer alan kolumbiyalı ulduz futbolçunu transfer etmək fikrində deyil.

Almanlar 27 yaşlı oyunçu üçün 42 milyon avro ödəməkdənsə, bu qiymətə gənc futbolçu almağı üstün tuturlar. ümumiyyətlə, "Bavariya" gələn yay transferlərə 200 milyon avro ayıracaq. Hames isə müqavilə ilə məxsus olduğu "Real"a dönəcək. Onunla "Yuventus", həmçinin bir neçə İngiltərə klubu maraqlanır.

Qeyd edək ki, Hames Rodriges bu mövsüm Bundesliqada 8 oyun keçirib, 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest