"Real" İspaniya superkubokunda sabah "Valensiya" ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, artıq "kral klubu"nun sözügedən qarşılaşma üçün heyəti də açıqlanıb.
 
"Valensiya" ilə oyunun iştirak ərizəsində Kərim Benzema və Qaret Beyl yer almayıb. Benzema belindəki ağrılar səbəbindən, Beyl isə infeksiyaya yoluxduğu üçün heyətə salınmayıb.
 
Sabah keçiriləcək "Valensiya" – "Real" matçı saat 23:00-da start götürəcək.
 
Qapıçılar: Kurtua, Areola, Altube;
 
Müdafiəçilər: Karvaxal, Militao, S.Ramos, Varan, Naço, Marselo, Odriosola, Mendi;
 
Yarımmüdafiəçilər: Kroos, Modriç, Kazemiro, Valverde, Xames, İsko;
 
Hücumçular: Lukas, Yoviç, Brahim, Mariano, Vinisius, Rodriqo.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest