Almaniyanın "Hoffenhaym" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi İspaniyanın "Sevilya" klubundan Munas Dabburu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2024-cü ilin yayına qədər müqavilə bağlayıblar.
 
27 yaşlı hücumçu "Sevilya"ya mövsümün əvvəlində transfer olunmuşdu. Amma heyətə düşə bilməyən İsrail yığmasının forvardı İspaniya təmsilçisində cəmi 2 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest