Zaqrebdəki Müqəddəs Marka kilsəsində keçirildən mərasimdə yalnız ailə üzvləri və yaxınlar iştirak edib. Millimizin sabiq çalışdırıcısı isə toyda mahnı oxumaqla diqqət mərkəzinə düşüb.

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqisi Nikola Yurçeviçin qızı Lana Yurçeviçin toy mərasimi keçirilib. Matc.az xəbər verir ki, Lana makedoniyalı futbolçu Rista Riki Mitrevski ilə ailə qurub.
 
Zaqrebdəki Müqəddəs Marka kilsəsində keçirildən mərasimdə yalnız ailə üzvləri və yaxınlar iştirak edib. Millimizin sabiq çalışdırıcısı isə toyda mahnı oxumaqla diqqət mərkəzinə düşüb.
 
Xatırladaq ki, Yurçeviç ötən ilin fevralında millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında Aç-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest