"Bornmut"un qapıçısı Asmir Beqoviçin yenidən "Qarabağ"da çıxış etmək şansı gündən-günə artır. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi qolkiperini İngiltərənin heç bir klubuna satmayacaq.

Rəhbərlik bu addımı əsas rəqiblərinin güclənməsinin qarşısını almaq üçün atır. Bosniya və Herseqovina millisinin üzvü üçün bir neçə klubdan, xüsusən də, "Vest Hem"dən rəsmi təklif olmasına baxmayaraq, "Bornmut" onların hamısına "yox" cavabını verib.

Həmkarlarımızın iddiasına görə, Beqoviç mövsümün ilk yarısında müntəzəm çıxış etdiyi "Qarabağ"a yenidən icarəyə veriləcək. Məlumatda "Bornmut" rəhbərliyinin bu barədə artıq qərar verdiyi və yalnız Azərbaycan çempionu ilə keçidin detallarının həllini gözlədiyi vurğulanıb.

Qeyd edək ki, Asmir Beqoviçin "Bornmut"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest