AFFA-nın hesabat-seçki konfransının vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov AFFA İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, toplantı bu il yanvarın 28-də olacaq. İclasda AFFA-nın növbədənkənar Konfransında qəbul olunmuş yeni Nizamnaməyə uyğun seçkilər keçiriləcək.

Həmçinin AFFA İcraiyyə Komitəsi üzvlərinin sayı artırılıb. Say 11-dən 13-ə çatdırılacaq. Eyni zamanda I vitse-prezident vəzifəsi ləğv olunub, əvəzində vitse-prezident sayı 4-ə yükdəldilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest