"Qarabağ"ın keçmiş futboolçusu Tarik Elyunussi karyerasını Yaponiyada davam etdirəcək. Matc.az saytının Norveç mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi "Şonan Bellmare" ilə anlaşıb.

Son iki ili İsveç təmsilçisi AİK-də keçirən 32 yaşlı hücumameyilli oyunçu Yaponiyanın J1 Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. O, yaxın günlərdə yeni klubunda tibbi müayinədən keçəcək və rəsmi sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, Tarik Elyunussi 2017-ci ilin yayında "Qarabağ"a keçmiş, lakin Ağdam klubunda cəmi 6 ay qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest