"Neftçi" mövsümün ikinci yarısının iki mərhələdən ibarət hazırlığına start verib. Matc.az xəbər verir ki, bu gün səhər fitnes zalında məşq edən komanda üzvləri axşam hazırlığını "Türk Hava Yolları Futbol Mərkəzi"ndə keçib.

Səhər məşqi əsasən fiziki, axşam məşqi isə toplu çalışmalara həsr olunub.

Qeyd edək ki, yanvarın 10-dək gündə iki məşqə çıxacaq "Neftçi" ayın 11-də təlim-məşq toplanışının ikinci mərhələsini keçməkdən ötrü Türkiyəyə yola düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest