19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Azərbaycan oyununun hakimləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, oyunları Gürcüstanda keçirilən 1-ci qrupun II turunun sabah baş tutacaq görüşünü Litva və Belçikadan olan hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Donatas Rumsas və köməkçilərdən biri - Aleksandr Radius Litva təmsilçiləridi. Digər yan xətt hakimi Karel De Roker və dördüncü referi Erik Lambrext isə Belçikadandı.

Qeyd edək ki, Tiflisdəki Mixail Mesxi adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest