İtaliya A Seriyasında mübarizə aparan 9 klub bilet satışında qanunsuzluq etməkdə ittiham olunur. Matc.az xəbər verir ki, bu barədə "football italia" saytı məlumat yayıb. 
 
Xəbərdə, "Yuventus", "Milan", "İnter", "Atalanta", "Roma", "Latsio", "Kalyari", "Cenoa" və "Udineze" klublarının bilet satışı zamanı qanunsuzluq etdiyi bildirilir. Bu klublar mövsümlük biletlərin səhv satılması, təxirə salınan və ya azarkeşsiz keçirilən oyunlar zamanı fanatların bilet pulunu qaytarmamaqda günahlandırılır.
 
Bu məsələlərlə bağlı ötən ilin mayında klublara bildirişlər göndərilib, lakin buna məhəl qoyulmayıb. Bu səbəbdən, artıq klublar haqda araşdırma başladılıb. ötən ilin may ayında "Bolonya" və "Parma" klublarına da bildirişlər göndərilmişdi. Ancaq hər iki klub bilet satışı qaydasını dəyişdiyi üçün ittihamlardan kənardadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest