İtaliya A Seriyasında 2019-cu ilin dekabr ayının ən yaxşı futbolçusu məlum olub. Matc.az xəbər verir ki, bu, "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdi.
 
Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
 
Serbiyalı futbolçu dekabrda A Seriyasında iştirak etdiyi 4 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Milinkoviç-Saviç "Latsio"nun A Seriyasında "Yuventus"u 3:1 hesabıyla məğlub etdiyi oyunda komandasının ikinci qolunu vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest