Futbol üzrə Fransa Liqa Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, artıq yarımfinala yüksələn bütün komanda bəllidi.
 
"Reyms" "Strasburq"la oyunda penaltilərlə yarımfinala vəsiqə qazanıb. Lion "Olimpik"i "Brest" üzərində inamlı qələbə ilə buna nail olub. "Lill" də "Amyen"i 2 cavabsız qolla üstələyib. PSJ isə "Sent-Etyen"i böyük hesabla yenib.
 
Fransa Liqa Kuboku
1/4 final mərhələsi
8 yanvar
 
Reyms - Strasburq 0:0 (penaltilər 4:2)
 
Olimpik (Lion) - Brest 3:1
 
9 yanvar
 
Lill - Amyen 2:0
 
PSJ - Sent-Etyen 6:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest