"Hələ püşkatma günü Türkiyə futbol ictimaiyyəti yaxşı qrupa düşdüyümüz qənaətinə gəlmişdi. Millimiz düzgün yoldadı, Şenol Günəşlə birlikdə əla atmosfer yaxalayıb". Matc.az saytının məlumatına görə, bunu Türkiyə yığmasının sabiq baş məşçqisi Mustafa Dənizli deyib.

Vaxtilə ölkəmizdə "Xəzər Lənkəran"a rəhbərlik etmiş 71 yaşlı mütəxəssis Türkiyə millisinin AVRO-2020-dəki şanslarını dəyərləndirib. Dənizli qrupdan çıxacaqlarını, hətta bir qədər də irəliləyəcəklərini düşünür.

O, "ay-ulduzlular"ın A qrupunda yer almasını isə üstünlük hesab edir: "Bir çox turnirlərə qatılmışıq. Amma ən uğurlu dönəm kimi son 20-25 ili göstərmək olar. Qrupdakı rəqiblərimizdən İsveçrə adətən sırf isveçrəlilərdən qurulmayan kollektivdi. Ancaq İtaliya çox güclüdü. İlk matçı onlara qarşı keçirəcəyimizi nəzərə alsaq, uğursuz başlayıb, uğurlu bitirmək ehtimalımız var. Azərbaycan bizim öz məmləkətimiz kimidi. Bu baxımdan turnirə İtaliyada başlamaq məncə, üstünlükdü. Millimizə güvənirik. Dünya çempionundan 4 xal almışıq. Bu performansla hara qədər gedəcəyimizi siz düşünün".

Qeyd edək ki, İtaliya, Türkiyə, İsveçrə və Uelsin yer aldığı A qrupunun oyunları Roma və Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest