"Ən böyük səbəb meydanda çox olmağımdı. 2018-19 karyeramın ən çətin mövsümü idi. Oyun praktikam az olduğu üçün ritmimi tamam itirmişdim. Avqustda baş məşqçi təyin edilən Dirk Şuster güclü tərəflərimi bilirdi. Baş məşqçi məndən müdafiə işi də tələb edir".

"Havadan tutmuş, məşq meydançasına, yeməyə qədər - burda hər şey qaydasındadı". Matc.az saytı xəbər verir ki, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

29 yaşlı orta sahə oyunçusunun şərəfini qoruduğu "Aue" klubu hazırda İspaniyada təlim-məşq toplanışındadı. Mövsümün ilk dövrəsində 7 qola imza atan Nazarov "Bild" nəşrinə açıqlamasında bunun sirrini deyib.

O, uğurlu çıxışın əsas səbəbi kimi çox oynamağı göstərib: "Ən böyük səbəb meydanda çox olmağımdı. 2018-19 karyeramın ən çətin mövsümü idi. Oyun praktikam az olduğu üçün ritmimi tamam itirmişdim. Avqustda baş məşqçi təyin edilən Dirk Şuster güclü tərəflərimi bilirdi. ön xətdə komandamı hərəkətdə saxlamaqla yanaşı, baş məşqçi məndən müdafiə işi də tələb edir. Mövsümün ilk dövrəsi yaxşı alındı, amma bundan da yaxşısı ola bilər. Əminəm ki, ikinci dövrədə komanda olaraq daha uğurlu çıxış edəcəyik. Əla kollektivimiz və güclü məşqçi korpusumuz var".

Hazırda II Bundesliqada 5-ci pillədə qərarlaşan "Aue"ni ikinci sıradakı "Hamburq"dan cəmi 2 xal ayırır. Nazarov da məqsədlərinin elitaya yüksəlmək olduğunu bildirib: "Hər bir futbolçu bunu edə bilər. Ancaq Azərbaycan millisinin oyunçusu kimi, adətən televiziyada oyunlarını izlədiyimiz ulduzlara qarşı çıxış etdiyim üçün çox şanslıyam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest