Futbol üzrə İtaliya A Seriyasının yeni prezidenti məlum olub. Matc.az xəbər verir ki, turnirin yeni rəhbəri Paolo Dal Pino seçilib.
 
57 yaşlı funksioner 20 klubun nümayəndəsinin iştirak etdiyi səsvermədə 12 səslə qalib gəlib.
 
Dal Pino bundan əvvəl "Fininvest", "Mondadori", "Kataweb", "Telecom", SEAT, "Pirelli" və "Wind" şirkətlərində çalışıb.
 
A Seriyasının əvvəlki prezidenti Qaetano Miççike seçki qalmaqalına görə 2019-cu ilin noyabrında vəzifəsindən istefa vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest