İngiltərənin "Tottenhem" klubunun kapitanı Harri Keynin zədələndiyini xəbər vermişdik. Matc.az xəbər verir ki, o, Premyer Liqanın 21-ci turunda "Sauthempton"a məğlub olduqları (0:1) oyunda sıradan çıxmışdı.
 
Həmin qarşılaşmanın 75-ci dəqiqəsində zədələnərək əvəzlənən qolçu futbolçunun durumuna aydınlıq gəlib. Tibbi müayinədən sonra Keynin zədəsinin ciddi olduğu üzə çıxıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, ingilis hücumçu bu gün təkrar tibbi müayinədən keçib. Onun yaxın günlərdə əməliyyat olunmasına qərar verilib. Keynin aprel ayında sıraya dönməsi ehtimal olunur.
 
Qeyd edək ki, "Tottenhem"in lideri bu mövsüm 25 oyuna 17 qol vurub, 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest