İspaniyanın "Xetafe" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Stok Siti" klubundan Oqenekaro Etebonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Xetafe"də forma geyinəcək.
 
"Xetafe" mövsümün sonunda "Stok Siti"yə 5 milyon avro ödəməklə Etebonun transfer hüquqlarına sahib ola bilər.
 
Nigeriya millisinin də üzvü olan yarımmüdafiəçi bu mövsüm çempionşipdə 11 qarşılaşmada forma geyinmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest