19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə daha bir yeni futbolçu dəvət edilib. Bu ölkədə çıxış edən Muhammet Mustafa Yıldırıma AFFA-dan dəvət gəlib. Superliqa təmsilçisi "Alanyaspor"un U-19 komandasında çıxış edən hücumçu həmin yaş qrupu üzrə yığmamızın növbəti təlim-məşq toplanışına çağırılıb.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə daha bir yeni futbolçu dəvət edilib. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu ölkədə çıxış edən Muhammet Mustafa Yıldırıma AFFA-dan dəvət gəlib.

Superliqa təmsilçisi "Alanyaspor"un U-19 komandasında çıxış edən hücumçu həmin yaş qrupu üzrə yığmamızın növbəti təlim-məşq toplanışına çağırılıb. 18 yaşlı forvard yanvarın 18-dən 28-dək Antalyada baş tutacaq toplanışda iştirak edəcək.

Qeyd edək ki, U-19 millimiz bu ilin oktyabrında Avropa çempionatının 2020-21 mövsümünün seçmə mərhələsində Fransa, Yunanıstan və Moldova ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest