Qazaxıstan təmsilçisi "Şaxtyor" Antalya toplanışı çərçivəsində "Sumqayıt"la qarşılaşacaq. Bu barədə məlumatı Karaqanda təmsilçisi yayıb. Bildirilir ki, Türkiyə toplanışı çərçivəsində 5 yoxlama görüşü keçirəcək "Şaxtyor"un son rəqibi məhz "Sumqayıt" olacaq.

Qazaxıstan təmsilçisi "Şaxtyor" Antalya toplanışı çərçivəsində "Sumqayıt"la qarşılaşacaq. Matc.az xəbər verir ki, bu barədə məlumatı Karaqanda təmsilçisi rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, Türkiyə toplanışı çərçivəsində 5 yoxlama görüşü keçirəcək "Şaxtyor"un son rəqibi məhz "Sumqayıt" olacaq. Qarşılaşmanın yanvarın 25-də oynanılması planlaşdırılır.

Qeyd edək ki, "Sumqayıt" dünən rəsmi saytı vasitəsilə Antalyada 3 yoxlama görüşünün keçiriləcəyini, "kimyaçılar"ın müvafiq olaraq yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacağını yazmışdı. Görünür, "gənclik şəhəri" təmsilçisinin planında dəyişiklik edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest