DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yanvarın 13-də təlim-məşq toplanışına yığışacaq. Hazırlıq ayın 25-dək Bakıda olacaq. Toplanış çərçivəsində komandamız yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Dç-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yanvarın 13-də təlim-məşq toplanışına yığışacaq. Matc.az xəbər verir ki, hazırlıq ayın 25-dək Bakıda olacaq.

Toplanış çərçivəsində komandamız yanvarın 21-də və 22-də Bakı İdman Sarayında özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Təlim-məşq toplanışına dəvət olunmuş futzalçılar bunlardı: Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Amir Şojaei, İsa Atayev, Ramiz çovdarov, Hadi Ahmadi, Xətai Bağırov (hamısı "Araz"), Emin Kürdov (EKOL), Oliveyra da Naşimento, Conatan Luiz de Angelis (hər ikisi "Alarabi Sportinq Club", Küveyt), Eduardo Borqes ("ACCS Futsal Club Paris", Fransa), Tiaqo Telles Martins ("Norilsk Nikel", Rusiya), Eshaq Soorqali ("Azaraxş", İran), Tofik Mikayılov ("Marafon").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest