Braziliya millisinin sabiq üzvü Romulo karyerasını çində davam etdirəcək. Matc.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Sitszyaçujan Evert Brayt" klubuna keçib. Bu barədə Romulo rəsmi "tvitter" hesabından məlumat yayıb.
 
8 dəfə Braziliya yığmasının formasını geyinən Romulo, son olaraq ölkəsində "Flamenqo"nun şərəfini qoruyub.
 
Romulo karyerası ərzində "Qremio", "Vasko da Qama", "Spartak" (Moskva, Rusiya) kimi klubların formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest