"Qəbələ" mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Matc.az xəbər verir ki, yanvarın 4-də bir araya gələn "qırmızı-qaralar" məşqlərini Bakıda gerçəkləşdirir. 
 
Gündə bir dəfə məşq edən komanda bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Elmar Baxşıyevin yetirmələri 2020-ci ildəki ilk matçında MOİK-lə görüşüb. ötən mövsümün qalibi olan 1-ci divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub. "Qəbələ" bu oyunda 4 cavabsız qola sevinib.
 
Yoxlama oyunu
10 yanvar
 
MOİK – Qəbələ 0:4
Qollar: ülvi İsgəndərov, 27. Fernan Lopes, 65. Klesio Bauk, 86. Rövlan Muradov, 88.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest