İnanıram ki, sabah Azərbaycan daha çox səhv edəcək. Sabah rəqibin topla daha çox oynayacağını gözləyirik.

"Azərbaycan evdə daha yaxşı oynayır. Bizi çətin oyun gözləyir. Lakin sabah qələbə qazanacağımıza inanıram". Matç.az saytının məlumatına görə, bu sözlər Farer adaları yığmasının kapitanı Atli Qreqersenə məxsusdu.

36 yaşlı müdafiəçi Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

Veteran oyunçu daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Baş məşqçiniz ilk oyunda səhvlərə yol verdiyinizi dedi. Həmin matçdan bu günə nə dəyişib?

- Biz artıq dünyanı gəzmişik, çoxlu məşq etmişik. ümid edirəm ki, səhvlərə yol verməyəcəyik. Həmin matçda başabaş oyun getmişdi. İnanıram ki, sabah Azərbaycan daha çox səhv edəcək. Sabah rəqibin topla daha çox oynayacağını gözləyirik. Buna da hazırıq.

- Qrup birinciliyinə şansınızı necə dəyərləndirirsiniz?

- Qələbəyə inanıram. Sabah çətin olacaq. Amma meydana çıxırıqsa, qalib gəlməyi düşünməliyik. İnanıram ki, bu gözəl ölkədən qələbə ilə ayrılacağıq.

- Meydana revanş üçün çıxacaqsınız?

- Revanş çox güclü ifadə olar. Qaldığımız otelin çox yaxşı kollektivi var, bizə yaxşı baxırlar. Azərbaycan xalqını da çox bəyənirəm. Sadəcə, qələbə üçün mübarizə aparacağıq.

- Güc nisbətində hansı komandanı qrup birinciliyinə layiq sayırsız?

- Farer adalarını.

- Halsız görünürsüz və sanki Bakı sizin üçün daha soyuqdu...

- İndiyə qədər eşitdiyim ən qəribə sualdı. Sağlamam, hər şey qaydasındadı. Sabahkı matçına hazıram. Bunu özünüz də görəcəksiniz. Dünyanın ən yaraşıqlı oğlanlarından biriyəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest