Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I dövrənin növbəti oyunu keçirilib. Matc.az xəbər verir ki, MOİK komandası "Murov"la qarşılaşıb.
 
Dərnəgül Voleybol Mərkəzində baş tutan görüşdə ilk hissə 26:24 hesabı ilə "Murov"un xeyrinə başa çatıb. İlk hissədəki gərgin mübarizədən sonra Eldar Əliyevin yetirmələri ikinci setdə 25:23 hesabı qalib gələrək, hesabı bərabərləşdiriblər - 1:1.
 
III hissə də "hərbiçilər"in üstünlüyü ilə sona çatıb və MOİK 26:24 hesabı ilə qalib gəlib. IV setdə oyununda dönüş yaradan "Murov" 25:20 hesabı ilə status-kvonu bərpa edib - 2:2. Nəticədə görüşün taleyinə tay-brekdə aydınlıq gəlib. Bu dəfə daha səhvsiz oynayan "Murov" 15:10 hesabı ilə qalib gəlib (3:2). Bu, onların ilk qələbəsi olub.
 
Məğlub olan MOİK isə aktivinə 1 xal əlavə etməklə, turnir cədvəlində liderliyə yüksəlib. Bu da onların rəqibləri ilə müqayisədə iki matç keçirməsi ilə bağlıdı.
 
Qeyd edək ki, bu oyunlaradək "Neftçi" "Murov"a, MOİK "Azərreyl"ə 3:0 hesabı ilə qalib gəlib.
 
Nəzərinizə çatdıraq ki, yanvarın 11-də isə çepionatda mübarizə aparan "Neftçi" "Express"lə münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşmaya isə FHN-nin idman zalı ev sahibliyi edəcək. Görüşün start fiti saat 14:00-da veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest